Tovuz rayonunda yanğın hadisəsi qeydə alınıb.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.
İkimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 3 otaqlı mənzilin eyvanının tavanı 20 m² sahədə yanıb. Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə İdarəsinin iki yanğln söndürən maşını və canlı qüvvəsi cəlb olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib.
Hadisənin dəqiq səbəbləri bilinməsə də ilkin məlumata görə, yanğın elektrik naqillərində qeydə alınan qısa qapanmadan baş verib.