“Barselona” səfərdə “Valensiya”ya məğlub oldu

25 Yanvar 2020 21:58 (UTC+04:00)

İspaniya La Liqasında 21-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün lider “Barselona” səfərdə “Valensiya”nın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.

“Valensiya” – “Barselona” – 2:0
Qollar: Alba, 48-avtoqol, M.Qomez, 77

Qeyd edək ki, "Barselona" 43 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Bir oyun az keçirən "Real"ın da 43 xalı var.