Rəcəb Tayyib Ərdoğan zəlzələdə ölən ana və oğulun dəfn mərasimində iştirak edib

25 Yanvar 2020 20:51 (UTC+04:00)

Elazığda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdə ölən ana və oğulun dəfn mərasimində iştirak edib.

SİA "NTV" telekanalına istinadən xəbər verir ki, Türkiyə Prezidenti mərhumların ailə üzvlərinə başsağlığı verib. Daha sonra çıxış edən Ərdoğan insanları şayiələrə inanmamağa çağırıb.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb. Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.