Yevgeni Koçuk karyerasını Azərbaycanda davam etdirəcək

25 Yanvar 2020 20:22 (UTC+04:00)

Bakının "Səbail" klubunun sabiq futbolçusu Yevgeni Koçuk karyerasını Azərbaycanda davam etdirəcək.

SİA xəbər verir ki, qış fasiləsində paytaxt təmsilçisindən ayrılan moldovalı futbolçu "Sabah"da çıxış edəcək. 27 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1,5 illik müqavilə imzalayacaq.

Y.Koçuk "Sabah"ın qışda heyətinə qatdığı 3-cü futbolçu olub. Onadək Mario Marina və Marko Deviç transfer edilib.

Qeyd edək ki, Y.Koçuk Premyer Liqada "Səbail"in heyətində keçirdiyi 47 oyunda 7 qol vurub.