İspaniyada fövqəladə vəziyyət tətbiq olunub

25 Yanvar 2020 18:15 (UTC+04:00)

Şiddətli yağışlar səbəbindən İspaniyanın Malaqa əyalətində 230-dan artıq hadisə qeydə alınıb. SİA İspaniya KİV-lərinə istinadla xəbər verir ki, subasma təhlükəsi ilə əlaqədar əyalətdə səhər saat 7-dən birinci dərəcəli fövqəladə vəziyyət tətbiq edilib. Yerli sakinlərə vəziyyət sabitləşməyənədək evlərindən çıxmamaq tövsiyə edilib.

“112” xidmətinə müraciətlərin əksəriyyəti evlərin subasması və yolların dağılması ilə bağlı olub. Zənglər Malaqanın özündən, həmçinin Marbelya, Estepona, Kampanilyas, Mixas, Benalmadena və Torremolinosdan daxil olub.