İran yardım təklifi etdi

25 Yanvar 2020 17:32 (UTC+04:00)

İran onlarla qurban verilməsi ilə nəticələnən zəlzələdən sonra Türkiyəyə yardım təklif edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu təklifi İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz Türk həmkarı ilə telefon danışığı zamanı edib.

Məhəmməd Cavad Zərif iyirmidən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra Türkiyəyə yardım təklifini dilə gətirib.

Xatırladırıq ki, Elazıq əyalətindəki Sivridc şəhəri yaxınlığında, cümə günü 6.8 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, 22 nəfər ölüb, 1030-dan çox insan yaralanıb.

Türkiyədəki zəlzələdən sonra İranın xarici işlər naziri Türk həmkarı ilə telefon danışığı zamanı İranın zərərçəkənlərə lazım olan köməyi göndərməyə hazır olduğunu açıqlayıb.

Zərif hadisə ilə əlaqədar başsağlığı verib.