ABŞ hərbçiləri rus patruluna qarşı

25 Yanvar 2020 17:14 (UTC+04:00)

Suriyadakı ABŞ hərbçiləri Rusiya hərbi polisi patrulunun Türkiyə-Suriya sərhədində bir izləmə missiyası keçirməsinə icazə verməkdən imtina edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə yerli “Hərbi Xəbərdar” televiziya kanalı məlumat yayıb.

Qeyd olunur ki, yolun M4 şossesi istiqamətində, Tel-Tamr şəhərinin çıxışında Amerikanın postu qurulub. Ötən həftə, 19 yanvarda Rusiya hərbçiləri, Hasek əyalətindəki Rumelain şəhəri yaxınlığındakı bir neft yatağı yaxınlığında əvvəlcədən təsdiqlənmiş marşrutu da yoxlayıblar və bu zaman ABŞ hərbçiləri onlara mane olmayıb. Lakin sonra ərazi ABŞ əsgərləri tərəfindən bloklanıb və ABŞ hərbçiləri rus patrulunun qarşışısını kəsmək cəhdi bundan sonra olub.