2019-cu ildə Səudiyyə Ərəbistanında edam rekordu qırılıb -FOTOLAR

25 Yanvar 2020 16:31 (UTC+04:00)

Hüquq müdafiəçisi "Repieve" təşkilatının açıqladığı hesabata görə, 2019-cu ildə 90 nəfəri xarici olmaqla 184 nəfər edam edildi. Buna görə, ölkədə edamların sayı 2019-cu ildə ən yüksək səviyyəyə çatıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.


Reprieve-in edam izləmə hesabatına əsasən edam olunanlardan 82-si narkotik alverində, 57-i qətldə günahlandırılaraq məhkum edilib.
Təşkilatın Səudiyyə hökuməti tərəfindən elan edilən edamları izləməyə başladığı 2015-ci ildən bəri edamların sayının artdığı müşahidə edilib.

2014-cü ildə 88 nəfərin edam cəzasına məhkum edildiyi Səudiyyə Ərəbistanında, 2015-ci ildə təqribən 157 nəfər edam edilib. Bu rəqəm keçən ilə qədər sabit qalsa da, 2019-cu ildə 184-ə yüksəlib. Reprieve-dən bildirilib ki, 2020-ci ilin başlaması ilə artıq 4 nəfər edam edilib.

Camal Qaşıqçı qətlinə görə 5 nəfər edam edilib.

Səudiyyə Ərəbistanı və Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana qarşı insan haqları pozuntularını tənqid son illərdə artması ilə Səudiyyə jurnalisti Camal Qaşıqçı, Yəməndəki qətl və humanitar böhranı tənqid etdi.
Vaşinqton Post jurnalisti Qaşıqçının İstanbulda öldürülməsindən sonra 5 şübhəli qətldəki rollarına görə edam edilib.
Keçən ilin aprel ayının 23-də ABŞ-a gedən və universitet tələbəsi olduğu təxmin edilən bir gənc də daxil olmaqla, ötən ilin aprel ayında bir gündə 37 nəfər edam edilib. Səudiyyə Ərəbistanında hazırda nə qədər məhkumun ölüm gözlədiyi məlum deyil. Edən hökmünün icra olunacağını gözləyənlər arasında 2011-ci ildə “Ərəb Baharı” zamanı hökumət əleyhinə etiraz aksiyalarında iştirak etməkdə məhkum olunmuş məhkumlar da var.