Dakar Rallisi yenə can aldı! -FOTOLAR

25 Yanvar 2020 15:20 (UTC+04:00)

Səudiyyə Ərəbistanında 2020-ci ildə Dakar Rallisində qəza keçirən Hollandiyalı motosiklet sürücüsü Edwin Straver, yarışın bitməsindən bir həftə sonra ölüb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Yanvarın 16-da, yarışın 11-ci mərhələsi keçirilərkən qəzadan sonra ürəyi dayanan 48 yaşlı pilot təcili yardım helikopteri ilə aparıldığı paytaxt Riyaddakı xəstəxanada həyatını itirib.


Təşkilatın verdiyi açıqlamada, Straverin xəstəxanadakı bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyi ifadə edilib və sevənlərinə və ailəsinə başsağlığı verilib.


Dakar rallisində üçüncü dəfə yarışan Staver, Səudiyyə Ərəbistanında portuqaliyalı Paulo Gonçalvesdən sonra yarışlarda ölən ikinci pilot olub.