İran Türkiyəyə yardım etməyə hazırdır

25 Yanvar 2020 14:21 (UTC+04:00)

İran ve Kosova Elazığda baş verən zəlzələdən sonra Türkiyəyə köməyini təklif edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İran Səhiyyə naziri və Kosova prezidenti Türkiyəyə dəstək verməyə hazır olduqlarını açıqlayıb.

İran mətbuatı nazirliyin açıqlamasını yayımlayıb. Açıqlamada bildirilir ki, zəlzələdən əziyyət çəkən insanlara yardım üçün xilasedicilər səfərbər edilib, Türkiyədən tələb gələrsə dərhal hərəkətə keçiləcək.

Eyni zamanda Kosova prezidenti Haşim Taçi də Türkiyə hökuməti və millətinin yanında olduqlarını açıqlayıb.

Xatırladaq ki, Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər xəsarət alıb.