Erməni hərbi qulluqçunun vəziyyəti ağırdır SİLAHLI İNSİDENT

25 Yanvar 2020 13:26 (UTC+04:00)

“Ağır yaralanan hərbi qulluqçu özü-zünə atəş edib”. SİA xəbər verir ki, bu fikirləri news.am-a Ermənistanın müdafiə naziri David Tonoyan bildirib. Onun sözlərinə görə, hərbi qulluqçunun vəziyyəti ağır olaraq qalmaqdadır və yaralını helikopterlə İrəvana aparacaqlar.

“Digər hərbi qulluqçu yüngül yaralanıb”, deyən erməni müdafiə naziri baş berən insidentdən hiddətlənən ictimai rəydən yayınmaq üçün əlavə edib ki, bu kimi halların qarşısını almağa çalışırlar. “Ordu rəhbərliyi və müdafiə nazirliyi bu kimi halların minimallaşdırılması üçün hər şey edir, lakin hərdən ayrı-ayrı vaxtlarda bu cür hadisələr baş verir”, Tonoyan çulunu sudan quru çıxarmağa çalışıb.

Qeyd edək ki, yanvarın 24-də saat 06:55 radələrində qondarma “dqr”in “müdafiə nazirliyinin” tabeliyində olan hərbi hissədə iki hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Onlar 2001 doğumlu Henri-Hayk Zakaryan və 2000-ci il təvəllüdlü Armen Mesropyandır.