Uşu üzrə respublika turnirinə start verilib

25 Yanvar 2020 12:55 (UTC+04:00)

Yanvarın 25-də Qəbələ Olimpiya İdman Kompleksində 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr edilmiş uşu idman növü üzrə yeniyetmələr və gənclər arasında respublika turnirinə start verilib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda Bakı, Gəncə, Göyçay, Mingəçevir, Şəki və Ağcabədi klublarından 200-ə yaxın idmançı iştirak edir.

Bu yarışlar martda keçiriləcək uşu üzrə Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır.