Azərbaycan millisi Şimali Makedoniya ilə oynayacaq

25 Yanvar 2020 12:31 (UTC+04:00)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. SİA-nın məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu komanda Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, milli daha öncə Türkiyənin "Alanyaspor" klubunun U-19 komandasını 4:2 hesabı ilə məğlub edib.