Koronavirusa yoluxan həkim öldü

25 Yanvar 2020 11:48 (UTC+04:00)

Uhandakı bir xəstəxanada bir həkim koronavirusa yoluxması səbəbindən həyatını itirib. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə "Sina" portalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, şənbə günü Çinin Uhan şəhərində Çin və Avropa Tibb Xəstəxanasının Otorinolarinqologiya şöbəsinin rəhbəri Lianq Udonq, 2019-nCoV yeni növ koronavirusun səbəb olduğu pnevmoniyadan ölüb.

Həyatını itirən həkimin 62 yaşı var olub. Son məlumatlara görə, tibbi nəzarət altında xəstələrlə təmasda olan 13 967 nəfər var.