Türkiyədəki zəlzələnin fəsadları

25 Yanvar 2020 11:22 (UTC+04:00)

Türkiyənin şərqində dağıdıcı zəlzələ hadisəsi baş verib və episentri Elazıq əyalətinin Sivric şəhəri yaxınlığında olan və 6,8 bal gücündə olduğu qeydə alınan zəlzələ cümə günü müşahidə edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıdıcı zəlzələnin nəticələri artıq məlum olub.

Məlumatda bildirilir ki, zəlzələ nəticəsində 20-yə yaxın insan ölüb, mindən çox insan yaralanıb, yollar zədələnib, bəzi kəndlərlə əlaqə kəsilib. Həmçinin qeyd olunur ki, dağılan binaların dağıntıları altında hələ də insanlar ola bilər.
Fövqəladə Hallar İdarəsinin məlumatına görə, fəlakət bölgəsində 28 əyalətdən 493 xilasetmə qrupu fəaliyyət göstərir.