Koronavirusa qarşı dərmanlar tapıldı

25 Yanvar 2020 11:22 (UTC+04:00)

Çində həkimlər koronavirusu müalicə etmək üçün dərmanlardan istifadə etməyə hazırlaşırlar. SİA RİA Novostiyə istinadən xəbər verir ki, səhiyyə komitəsinin xüsusi ekspert komissiyasının rəhbəri Çjun Nanşan, koronavirusa yoluxanların klinik müalicəsində həkimlərin istifadə edəcəyi bir neçə dərman növünün artıq olduğunu söyləyib.

"Hal-hazırda klinik müalicəyə hazırlaşan bir neçə növ sübut olunmuş təhlükəsiz dərmanlar mövcuddur, lakin onların effektivliyi əlavə monitorinq tələb edir", deyə Çjun Nanşan Çin mediasına müsahibəsində bildirib.