6 gəmidə yanğın olub yaralılar var

25 Yanvar 2020 10:50 (UTC+04:00)

İstanbulda yanğın daha üç gəmiyə keçib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hazırda yanan gəmilərin sayı 6-dır.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Məlumata görə, yanğın zamanı partlayış səsləri də eşidilib.

Yanğınsöndürmə prosesi davam edir.