Virusa yoluxanların sayı rekord həddə çatdı

25 Yanvar 2020 10:48 (UTC+04:00)

Çində yeni növ koronavirus "2019-nCoV"un səbəb olduğu sətəlcəmə yoluxanların sayı 1330-a çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çinin paytaxtı Pekində - 36 nəfər, infeksiyanın başladığı Hubei əyalətində 729 nəfərdə yoluxma qeydə alınıb.

Qeyd edək ki, daha əvvəl 1287 nəfərin xəstəliyə yoluxduğu barədə məlumat verilirdi. İndiyə qədər 41 nəfər ölüb.