Abşeronda yanğın

25 Yanvar 2020 11:41 (UTC+04:00)

Abşeron rayonunda ümumi sahəsi 124 m² olan qazanxananın yanar konstruksiyaları 40 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qazanxananın qalan hissəsi və yaxınlıqdakı istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.