Zaqatalada tonlarla ot bağlaması yandı

25 Yanvar 2020 10:17 (UTC+04:00)

Zaqatala rayonunun Danaçı kəndində ümumi sahəsi 600 m² olan talvarın yanar konstruksiyaları 200 m² sahədə və altına yığılan 10 ton ot bağlamasının 9 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.