Liftdə köməksiz vəziyyətdə qaldılar

25 Yanvar 2020 10:07 (UTC+04:00)

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.