37-ci qış çempionatında birinci gününün qalibləri müəyyənləşib

25 Yanvar 2020 09:40 (UTC+04:00)

Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə 37-ci qış çempionatında yarışlar davam edir. SİA-nın məlumatına görə, çempionatın ikinci günündə kişi və qadın atletlər 200, 800 və 3000 metr məsafələrə qaçış yarışlarında güclərini sınayacaqlar. Bundan başqa, atletlər üç təkanla, uzunluğa və hündürlüyə tullanma yarışlarında mübarizə aparacaqlar.

Yarışların birinci günündə kişilər arasında nüvəitələmə yarışında İsmayıl Əliyev qalib adını qazanıb. Qadınlar arasında üç təkanla tullanmada Yekaterina Sarıyeva, nüvəitələmədə isə Günel Hüseynova birinci yerlərə layiq görülüblər.

Qaçış növlərində kişilərin yarışlarında Qadir Qurbanov (60 metr), Teymur Salahzadə (400 metr) və İlham Abışov (1500 metr) birinci yerdə qərarlaşıblar. Qadınların yarışında isə Lamiyə Vəliyeva (60 metr), Nika Məmmədova (400 metr), Anna Yusupova (1500 metr) birinci olublar.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionata yanvarın 25-də yekun vurulacaq .