Elazığda zəlzələni 120 milyon insan hiss edib

25 Yanvar 2020 09:43 (UTC+04:00)

Elazığda 6.8 bal gücündə zəlzələ baş verdi. Zəlzələ bir çox əyalətdə və qonşu ölkələrin bəzi rayonlarında hiss edilib. SİA bunu Türkiyə mətbuatına istinadən xəbər verir.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin yayımladığı xəritədə zəlzələdən təsirlənən bölgələrin görüntüləri paylaşılıb.

Mərkəzin açıqlamasına görə, zəlzələnin 120 milyon adam tərəfindən hiss olunduğu təxmin edilir.