Suriya ordusu İdlib əyalətinin cənub-şərqindəki iki kəndi azad edib

25 Yanvar 2020 08:00 (UTC+04:00)

Suriya ordusu “Cebhat əl-Nusra" qruplaşması ilə şiddətli döyüşlərdən sonra İdlib əyalətinin cənub-şərqindəki Et-Tah və Es-Samaka kəndlərini azad edib.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə “Əl-Aləm” telekanalı məlumat yayıb.

Hökumət qüvvələrinin hazırda “Cebhat əl-Nusra" və müttəfiqlərinin yerləşdiyi Maaret-Naaman şəhəri istiqamətində irəlilədiyi bildirilib.

Qeyd edək ki, ötən gün terror qruplaşmanın hücumuna məruz qalmış Abu Dafne bölgəsində də gərginlik davam edir.