Türkiyədəki səfirliyimizdə Elazığ zəlzələsi ilə bağlı “qaynar xətt” yaradılıb

25 Yanvar 2020 00:03 (UTC+04:00)

Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı “qaynar xətt” yaradılıb. SİA xəbər verir ki, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

Qaynar xətt: 00905526792565.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanlarn episentri Sivrice rayonunda qeydə alınıb.