Türkiyədə güclü zəlzələ, ölən və yaralılar var

24 Yanvar 2020 23:20 (UTC+04:00)

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.

10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də İraqın şimalında Ərbil və Duhok vilayətlərində də hiss olunub.

Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çökdüyü bildirilir.

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələdə 4 nəfərin ölməsi haqqında məlumatlar var. 84 nəfərin yaralandığı haqda məlumat verilir.

Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.

Qeyd edək ki, 2010-cu ilin martında Elazığda baş verən 6 bal gücündə zəlzələdə 51 insan həyatını itirmişdi