Rəcəb Tayyib Ərdoğan və Angela Merkel birgə mətbuat konfransı keçiriblər

24 Yanvar 2020 20:57 (UTC+04:00)

Yanvarın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel birgə mətbuat konfransı keçiriblər.

SİA xəbər verir ki, mətbuat konfransında iki ölkə arasında münasibətlərin gücləndiriləcəyi bildirilib, bölgədəki problemlərin həllində həmrəylik nümayiş etdirilib. Avropa İttifaqı ölkələrinin Suriya vətəndaşlarına kömək göstərmələrinin vacibliyi vurğulanıb. Hər iki dövlətin Liviya məsələsinin danışıqlar yolu ilə həllində həmfikir olduğu qeyd edib.