Təbii hadisələrdən zərər çəkənlərə 1 milyard manata yaxın pul xərclənib

24 Yanvar 2020 20:04 (UTC+04:00)

Son 10 ildə Azərbaycanda dövlət təbii hadisələrdən ziyan çəkən vətəndaşlara kömək üçün 970 milyon manat vəsait xərcləyib.

“Report” xəbər verir ki, bu rəqəmi Maliyyə naziri Samir Şərifov açıqlayıb. O, bu barədə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş və Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələrə həsr olunmuş müşavirədə danışıb.