Aqil Sadıq oğlu Məmmədovun seçicilərələ görüşləri davam edir - FOTOLAR

24 Yanvar 2020 18:25 (UTC+04:00)

Fevralın 9-da Azərbaycanda növbəti parlament seçkilərinə namizədliyi verilən namizədlərin təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə start götürüb. 123 saylı Kəlbəcər seçki dairəsi Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədi Aqil Sadiq oğlu Məmmədovun da seçicilərlə silsilə görüşləri keçirilir.

123 saylı Kəlbəcər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Aqil Sadiq oğlu Məmmədovun ilk təbliğat kampaniyası Daşkəsən rayonu Quşcu kəndində, yanvarın 22-də Goranboy rayonu Veyisli qəsəbəsi, Yeni qəsəbə, Qaraçinar və Börü kəndlərində, yanvarın 23-də Şəmkir rayonunda Peşə məktəbində, yanvarın 24 Gəncə şəhərinin Yeni Qəsəbə seçiciləri ilə görüşləri keçirilib. Keçirilən görüşlərdə çıxış edən namizədin səlahiyyətli nümayəndəsi, rayon təşkilatının Aparat rəhbəri Qənaət Əsgərov çıxış edərək bildirib ki, özünün yüksək keyfiyyətləri ilə seçilən, əhali arasında hörmətə və nüfuza malik olan Aqil Məmmədov uzun müddət Kəlbəcər rayon icra hakimiyyyəti başçısının birinci müavini, sonra isə icra hakimiyyətinin başçısı kimi yüksək peşəkarlıq və idarəetmə qabiliyyəti nümayiş etdirib: "Daim əhali ilə təmasda olan, onların problemlərinin həllinə çalışan Aqil Məmmədov özünün yüksək mədəniyyəti, qayğıkeşliyi və xeyirxahlığı ilə seçilir. İnanırıq ki, Aqil Məmmədov seçicilərin yüksək etimadı ilə parlamentə üzv seçildikdən sonra da öz missiyasına sadiq qalacaq, seçicilərinin arzu və istəklərini Milli Məclisin tribunasından səsləndirəcək, onların problemlərinin həllində əlindən gələni əsirgəməyəcəkdir. Azərbaycanın daha da güclənməsi üçün "Daha güclü Azərbaycan naminə!" doğru gedən YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.

Görüşdə Aşıq Şəmşir Mədəniyyət Ocaqı İctimai Birliyinin sədr müavini Həbib Misirov, şair Zakir Həsənov və digər seçicilər hamını Aqil Məmmədova səs verməyə çağırdılar. Görüşün sonunda YAP-nın parlament seçkilərinə irəli sürdüyü namizədi Aqil Sadiq oğlu Məmmədov çıxış edərək ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. O deyib ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb: "Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb".

Aqil Məmmədov onu da bildirib ki, daim dövlətçiliyimizə xidmət edən, vətəndaşlarımızın daha da yaxşı yaşamasına təminat verən qərar və proqramların qəbul olunmasında birbaşa iştirak edən YAP, eyni zamanda, əldə olunan uğurlarla kifayətlənmir, daim yeni hədəflərə doğru irəliləyir: "Heç də təsadüfi deyil ki, YAP bu seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə qatılır".

Aqil Məmmədov, həmçinin Milli Məclisə deputat seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də danışaraq vurğulayıb ki, yalnız və yalnız dövlətimizin, xalqımızın, seçicilərin mənafeyi naminə fəaliyyət göstərəcək, partiyamızın siyasi baxışlarına uyğun olaraq addımlar atacaq, xalqımızın daha da yaxşı yaşamasına xidmət edən qanunların qəbulunda fəallıq nümayiş etdirəcək.

A.Məmmədov seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.

RƏFİQƏ HÜSEYNOVA