Kitabxanada Zəlimxan Yaqubun anadan olmasının 70 illiyinə həsr edilib

24 Yanvar 2020 16:36 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi ilə əlaqədar “Zaman səni dana bilməz” adlı dəyirmi masa keçirib. İdarədən SİA-ya bildirilib ki, tədbirdə Zəlimxan Yaqubun həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Qeyd edilib ki, Zəlimxan Yaqub poeziya aləminə gəldiyi ilk gündən ədəbi ictimaiyyətin diqqət mərkəzində olub və bu diqqət, bu məhəbbət bir an belə səngiməyib. Şairin poeziyası milli oyanışa, milli ruhun təbliğinə, milli özünüdərkə xidmət edir.

Şairin zəngin həyat yolundan danışan natiqlər onun nəinki görkəmli şair, ədəbiyyatçı, həm də ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndiriblər. Vurğulanıb ki, xalqın sevgisini qazanmış Zəlimxan Yaqub sağlığında həm Azərbaycanın, həm də Gürcüstanın müxtəlif ali dövlət mükafatlarına layiq görülüb.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.