“Ulduz” futzal komandası növbəti qələbəsini qazanıb

24 Yanvar 2020 15:36 (UTC+04:00)

İtaliyanın Vigevano şəhərində eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında təşkil olunan Çempionlar Liqasında çıxış edən “Ulduz” futzal komandası növbəti oyununu keçirib. SİA-nın məlumatına, Belçikanın “Çarleroi” klubu ilə qarşılaşan təmsilçimiz qələbə qazanıb-4:3.

“Ulduz” turnirdə növbəti oyununu bu gün keçirəcək. Macarıstanın “Budapeşt” komandası ilə qarşılaşma yerli vaxtla saat 16:00-da başlayacaq.

Qeyd edək ki, ötən mərhələdə Polşanın “Krakov” komandası ilə qarşılaşan “Ulduz” 9:8 hesablı qələbə qazanıb.