SAM-ın əməkdaşı Qara dəniz regionunun problemlərinin müzakirəsinə qatılacaq

30 Mart 2011 21:51 (UTC+04:00)

Martın 31-dən aprelin 3-nə qədər Gürcüstanın Batumi şəhərində "Qara dəniz regionunun gənc islahatçıları" proqramı çərçivəsində "Qara dəniz regionunda islahatın təmsilçiləri: Milli gündəliklər və beynəlxalq yardım" adlı beynəlxalq konfrans keçiriləcək.

 

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən SİA-ya verilən məlumata görə, tədbirin təşkilatçıları ABŞ-ın Marşal Fondu, Almaniyanın Robert Boş Stiftunq Fondu, Bolqarıstanın Regional və Beynəlxalq Tədqiqatlar Mərkəzi və Almaniyanın Münhen Universiteti nəzdindəki Tətbiqi Siyasət Tədqiqatları Mərkəzidir.

 

Konfransda Azərbaycanı SAM-ı Qara dəniz regionu və təhlükəsizlik məsələləri üzrə ekspert Zaur Şiriyev təmsil edəcək.