Deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr

24 Yanvar 2020 14:30 (UTC+04:00)

Milli Məclisə seçkilərlə əlaqdədar deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr məlum olub. Secki-2020.az saytı Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir ki, ən çox namizəd 16 saylı Yasamal II seçki dairəsində qeydə alınıb.

Belə ki, bu dairədən deputatlığa namizədliyi qeydə alınan 25 nəfər var. Deputatlığa ən az namizəd isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan seçki dairələrindədir.

Bu dairələrin hər birində 3 deputatlığa namizəd qeydə alınıb.