"Uhan virusu" -FOTOLAR

24 Yanvar 2020 14:20 (UTC+04:00)

İlk dəfə aşkarlandığı yerlə əlaqədar olaraq "Uhan virusu" adlandırılan yeni koronavirus xaricə gedən sərnişinlər vasitəsi ilə Çinin sərhədlərini keçib. SİA-nın verdiyi məlumata görə, Çindən başqa virus ABŞ, Yaponiya, Sinqapur, Cənubi Koreya, Tailand, Səudiyyə Ərəbistanı, Vyetnam və Tayvanda da aşkar edilib.

Çində bu xəstəlikdən 25 nəfər ölüb. Çin Milli Səhiyyə Komissiyası ölkəyə yayılan koronavirusa yoluxanların sayının 830-a yüksəldiyini, bunların 177-nin ağır olduğunu bildirib.

Epidemiya səbəbiylə ölənlərin 24-ü Uhan şəhərinin Hubey əyalətindən, 1 nəfərin isə Hıbey əyalətindən olduğu bildirilib. Hubey əyalətindəki Vuhandan başqa, Huanggang, İcou, Şienning şəhərləri və nisbətən kiçik ölçülü əyalətlər olan Çıbi, Şientao, Ciciang və Çienciang şəhərlərində metro, avtobus və bərə xidmətləri müvəqqəti olaraq dayandırılıb.