Qaradağ rayonunun Ümid qəsəbəsində seçicilərlə görüş keçirilib

24 Yanvar 2020 13:57 (UTC+04:00)

YAP tərəfindən namizədliyi 11 saylı Qaradağ seçki dairəsindən irəli sürülmüş Aydın Hüseynovun Ümid qəsəbəsində seçicilərlə görüşü olub. SİA-nın verdiyi məlumata görə, deputatlığa namizəd seçiciləri ilə ayrı-ayrılıqda görüşərək onların problemləri ilə tanış olub, həlli ilə bağlı tədbir görüləcəyini bildirib.