Putindən İsrail-Fələstin mübahisəsinə dair açıqlama - FOTOLAR

24 Yanvar 2020 13:38 (UTC+04:00)

İsraildəki təmaslardan sonra Beytləhəmə keçən Rusiya Prezidenti Vladimir Putin İsrail-Fələstin münaqişəsinin həllində iştirak etməyə hazır olduqlarını söyləyib. SİA bunu xarici KİV-lərə istinadən deyir.
Putini işğal altındakı Qərbi Şeriyanın cənubundakı Beytləhəm şəhərinə gəlişi zamanı Fələstin Prezidenti Mahmud Abbas tərəfindən qarşılanıb. Mərasimdən sonra verdiyi açıqlamada Putin iki ölkə arasında qarşılıqlı səfərlərin və təmasların davam etməsinin vacibliyini vurğulayıb.

Fələstinlə Rusiya arasında dərin və tarixi əlaqələrin olduğunu və Fələstini müxtəlif sahələrdə dəstəklədiklərini ifadə edən Putin, "İsrail-Fələstin münaqişəsinin həllində, humanitar və iqtisadi əməkdaşlığın gücləndirilməsində iştirak etməyə hazırıq. İsrail ilə sülh prosesi ilə əlaqədar narahatlığınızı başa düşürük" deyə bildirib.
Putin, bölgədəki inkişaf və məsələlərlə əlaqədar məsləhətləşə biləcəkləri bu fürsətdən məmnun olduğunu dilə gətirib. Fələstin dövlət başçısı isə "Biz Putinlə bölgədəki hadisələr, kəsilmiş İsrail-Fələstin sülh prosesi və Fələstin seçkiləri haqqında müzakirələr edəcəyik" deyib.

İsrailin Fələstin ərazilərini ilhaq edəcəyini və "Əsrin sazişi" ilə də məşğul olacağını bildirən Abbas, Rusiyanın Fələstinə verdiyi dəstəyə görə təşəkkür edərək qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Putin 5-ci Dünya Holokost Forumunda iştirak etmək üçün gəldiyi İsraildə Prezident Reuven Rivlin və İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdü.