Ağsuda tövlə yandı

24 Yanvar 2020 11:48 (UTC+04:00)

Ağsu rayonunun Xanbulaq kəndində ümumi sahəsi 90 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 2.5 ton ot bağlamasının 2 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.