Rusiya Prezidenti özünə iki köməkçi təyin etdi

24 Yanvar 2020 11:29 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin özünə yeni köməkçilər təyin edib. SİA xəbər verir ki, Vladimir Putin sabiq İqtisadi İnkişaf naziri Maksim Oreşkini və sabiq Mədəniyyət naziri Vladimir Medinskini Prezidentin köməkçiləri təyin edib.

Rusiya dövlətinin başçısının bu barədə fərmanları Kremlin rəsmi saytında yerləşdirilib.