Hədəf STEM Liseyi vakansiya elan edir

24 Yanvar 2020 10:40 (UTC+04:00)

Hədəf STEM LİSEYİ (Nəsimi və Abşeron Filialı) – Azərbaycan , İngilis və Rus bölmələri üçün bütün fənlərdən və BALABILGƏ Uşaq bağçası (Abşeron filialı) – Məktəbəqədər təhsil üzrə müəllim Vakansiyası elan edir.

Müəllim qəbulu üçün tələblər:
Ali təhsil
Minimum 3 il pedaqoji təcrübə
Punktual, yaradıcı və kollektivlə işləmə bacarığı
İKT ilə işləmə bacarığı

Azərbaycan, İngilis və Rus bölmələri üçün tədris dilində səlis danışıq (xarici dilləri bilmək üstünlükdür)
Dünya ölkələrinin təhsil siyasəti ilə tanışlıq
Psixoloji biliklər

Müəllimlərin qiymətləndirilməsi iki istiqamət üzrə aparılacaq: bilik və bacarıqlar:
I. Bacarıqlar:
1. İKT bacarığı
2. Şagird psixologiyasını bilmə bacarığı
3. “Gör, Toxun, Et” prinsipinə əsaslanan təhsil bacarığı

II. Biliklər:
1. İxtisas bilikləri
2. Kurikulum, pedaqogika biliklər

Müəllim qəbulu 3 mərhələ üzrə həyata keçiriləcək:

1. Müsahibə
2. İxtisas imtahanı
3. Açıq dərs

Biz Sizə nə vəd edirik:
Artan əmək haqqı və imtiyazlar
Özünüinkişaf yönlü təlim və treyninqlər
Tədris müddətində müasir texnologiya və texnikalardan istifadə imkanı
HƏDƏF ailəsi ilə işləmək imkanı
Yeni təklif və ideyalarınızı reallaşdırmaq imkanı
İdeyalarınızı gerçəkləşdirib özünüzü təkmilləşdirmək üçün demokratik mühit və s.

Maraqlananlardan CV-lərini hr@hedefliseyi.edu.az mail ünvanına göndərməkləri xahiş olunur.

Əlaqə: *2018 / +99477 2202244 | +99470 2722018

Son müraciət tarixi: 20.03.2020