Tramp rəqibləri Vaşinqtona çağırıb

24 Yanvar 2020 10:27 (UTC+04:00)

"ABŞ prezidenti Donald Tramp “Əsrin Sazişi” kimi tanınan “Yaxın Şərqdə sülh” planının müzakirə edilməsi üçün İsrailin baş naziri Benyamin Netanyahunu və onun əsas rəqibi Beni Qantsı Vaşinqtona çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens açıqlama verib.

ABŞ-ın vitse prezidenti bildirib ki, Donald Tramp Benyamin Netanyahunu və Beni Qantsı “Əsrin Sazişi”nin müzakirə edilməsi üçün gələn həftəyə Vaşinqtona dəvət edib. İsrail mətbuatının məlumatına görə, Benyamin Netanyahu bu təklifi sevinclə qəbul edib. Əlavə edilib ki, Trampın müzakirə edəcəyi və elan edilməsi ehtimal olunan bu "saziş" İsrail mühafizəkarlarının Fələstin ərazilərilə bağlı əksər istəklərini təmin edir.