Azərbaycan nefti 65,71 dollara satılır

24 Yanvar 2020 10:14 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,23 dollar geriləyərək 65,71 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.