“Tesla” zavodunun tikiləcəyi ərazidən 7 Amerika bombası tapılıb

24 Yanvar 2020 08:43 (UTC+04:00)

Almaniyanın Grünhayde şəhərində (Brandenburq federal əyaləti) "Tesla" zavodunun tikiləcəyi planlaşdırılan ərazidə II Dünya Müharibəsi dövründən qalma 7 Amerika bombası tapılıb.

SİA xəbər verir ki, bu barədə "RBB" teleyayım şirkəti məlumat yayıb. Ətraf mühit naziri Aksel Foqel bombaların partladılmasının planlaşdırıldığını bildirsə də, bunun nə vaxt icra ediləcəyi barədə heç nə deməyib. Məlumata görə, mərmilər bir-birindən 600 metr məsafədə yerləşir, bununla əlaqədar yaxınlıqdakı əsas avtomobil yolları bağlanacaq.

Qeyd edək ki, müharibə zamanı partlamamış hərbi sursat Almaniyada tez-tez rast gəlinir. Çox vaxt orqanlar onları zərərsizləşdirmək üçün əhalini təxliyyə etməli olurlar.