Riçard Almeydanın yeni komandasında ilk oyunu qələbə ilə yadda qalıb

24 Yanvar 2020 05:29 (UTC+04:00)

“Qarabağ”dan ayrılaraq Birləşmiş Ərəb Əmirlliklərinin “Baniyas” klubuna keçən Riçard Almeyda yeni komandasında ilk oyununa çıxıb.
SİA xəbər verir ki, millimizin yarımmüdafiəçisi 13-cü turda “Əl Nəsr”lə keçirilən görüşdə debüt edib. Start heyətdə meydana çıxan braziliyalı futbolçu 79-cu dəqiqədə əvəzlənib. Görüş “Baniyas”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Baniyas” 14 xalla 9-cu pillədə qərarlaşıb.