Çindən Türkiyəyə gələn bütün sərnişinlər hava limanlarında xüsusi cihazlarla yoxlanılacaq

24 Yanvar 2020 04:17 (UTC+04:00)

Türkiyənin Səhiyyə Nazirliyi Çindən ölkəyə gələn bütün sərnişinlərin hava limanlarında xüsusi cihazlarla yoxlanılacağını bildirib.

SİA xəbər verir ki, buna səbəb Çinin bir neçə bölgəsində yayılan koronavirus (2019-nCoV) göstərilir. Bununla bağlı nazirliyin nəzdində elmi şuranın növbədənkənar iclası keçirilib.

Çin hökuməti ərazini karantin altına aldıqdan bu ölkənin hava yolu şirkəti tərəfindən həftədə üç dəfə həyata keçirilən Uxan-İstanbul səfərləri dayandırılıb. Hava limanlarında karantin otaqları gücləndirilmiş iş rejiminə keçib.