Almaniya kansleri Angela Merkel Türkiyədə səfərdədir

24 Yanvar 2020 01:53 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel bu gün İstanbula səfər edib.

SİA xəbər verir ki, 24 yanvarda Angela Merkelin səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşərək başda Liviya mövzusu olmaqla bölgə ilə bağlı bir sıra məsələləri müzakirə edəcəyi gözlənilir.

Görüşdən sonra Almaniya və Türkiyə liderləri mətbuata birgə bəyanatla çıxış edəcəklər. A.Merkelin Almaniya-Türkiyə ticarət palatasının dəvəti ilə işgüzar dairələrin nümayəndələri ilə də görüşü planlaşdırılır.

Eyni zamanda, Almaniya kansleri Türkiyə Prezidenti ilə birlikdə Türk-Alman Universitetinin düşərgəsinin açılış mərasimində iştirak edəcək.