Meksikada 2019-nCoV – yeni növ koronavirusa yoluxma şübhəsi ilə əlaqədar üç nəfər nəzarətə götürülüb.
SİA xəbər verir ki, bu barədə “Excelsior” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, xəstəliyin əlamətləri bir kişidə, qadında və iki yaşlı qızda müşahidə edilib. Onlar ölkənin qərb hissəsindəki Xalisko ştatında yaşayır. Bildirilir ki, adı çəkilən kişi bu yaxınlarda virusun yayılmasının mərkəzinə çevrilmiş Çinin Uhan şəhərindən qayıdıb.