Ağcabədidə 2 otaqlı ev yanıb

23 Yanvar 2020 22:03 (UTC+04:00)

Ağcabədi rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.