Bu futbolçu 16 yaşında “Ayaks”ın tarixinə düşdü

23 Yanvar 2020 20:45 (UTC+04:00)

“Ayaks”ın futbolçusu Naci Ünüvar komandada qol vuran ən gənc oyunçu olaraq klubun tarixinə düşüb. Qol.az xəbər verir ki, əslən türkiyəli olan oyunçu Hollandiya kubokunun 16-cı turunda “Spakenburq”la matçda meydana çıxıb. O, oyunun son dəqiqələrində penaltini düzgün yerinə yetirib . Bununla da Naci Ünüvar komanda tarixində qol vuran ən gənc futbolçu olub- 16 yaş 223 günlüyündə.

Qeyd edək ki, N.Ünüvar 17 yaşlılardan ibarət Hollandiya millisinin də üzvüdür.