"Sosial şəbəkələrə bağlı dəfələrlə namizədlərə xəbərdarlıq etmişik -AÇIQLAMA

23 Yanvar 2020 17:14 (UTC+04:00)

Azərbaycanda fevralın 9-a təyin edilmiş parlament seçkilərində namizədlərə sosial şəbəkələrlə bağlı dəfələrlə müraciət etmişik. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədlər sosial şəbəkələrdə təşviqat zamanı Seçki məcəlləsinin tələbinə uyğun hərəkət etməlidirlər: "Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun davransınlar və onlara əməl etsinlər".