Yəməndə etiraz aksiyası keçirilib
30 Mart 2011 19:13 (UTC+04:00)
Yəməndə etiraz aksiyası keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aksiya minlərlə insanın iştirakı ilə paytaxt Sənada baş tutub. Aksiya iştirakçıları ölkə başçısı Əli Abdulla Salehinin hakimiyyətdən getməsini tələb ediblər.
Onlar prezidentin istefaya gedənə qədər aksiyaları dayandırmayacaqlarını deyiblər.